Yaranma tarixi

“VİTAL FOOD EXPORT” MMC şirkəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində 26.07.2018- ci il tarixində Rəsmi şəkildə qeydiyyatdan keçmişdir. Ölkə qanunvericiliyinə əsasən şirkətimiz Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyində 20.08.2018 ci il tarixində qeydiyyatdan keçmiş və müvafiq ixrac və idxal icazəsi almışdır. Bundan başqa şirkətimiz maliyyə vəsaitlərinin keyfiyyətli və təhlükəsiz dövriyyəsinə təminat verən bank “Paşa Bank” ASC şirkətimizin xarici və daxili ticarət əlaqələrində 1 nömrəli qarantidir.

Hədəflərimiz

Hər bir şirkətin fəaliyyətlərində müəyyən hədəfləri olduğu kimi bizim də hədəflərimiz var. Əsas hədəfimiz hal hazırda yetişdirdiyimiz və gələcəkdə yetişdirəcəyimiz, istehsal etdiyimiz və istehsalatını planladığımız məhsulları “Vital Food” brendi altında dünyanın fərqli ölkələrində bazara çıxartmaq və Azərbaycan məhsullarını öz keyfiyyəti ilə tanıtmaqdır. Bununla yanaşı Azərbaycanda olan kənd təsərrüfatı obyektlərinin innovativ texnikanın tətbiqini genişləndirmək də bizim hədəflərimizdəndir ki, hal-hazırda biz bir neçə İsrailin kənd təsərrüfatı sektorunda öz texnikasını Azərbaycanda tətbiq etmək istəyirik.

Dəyərlərimiz

“VİTAL FOOD EXPORT” MMC şirkətinin sloganı “ Təbiətdən sizlər üçün” əsas dəyərimizi ifadə edir. Bİz torpaqda yetişən yüksək aqrotexniki qulluq qaydalarına riayət olunaraq yetişdirilən kənd təsərrüfatı məhsullarının torpaqdan bir başa sizin üçün süfrələrinizə qədər gətirməyi öz öhdəmizə götürürük. Bununla yanaşı kənd təsərrüfatı sektorunda çalışan günəmuzd işçilərin əmək fəaliyyətinin daha səmərəli və erqonomik olması bizim üçün növbəti dəyərdir. İxrac və idxal etdiyimiz məhsulların GMO-suz olması bizim üçün proritet dəyərdir

İşləmə prinsiplərimiz

“VİTAL FOOD EXPORT” MMC şirkəti sifarişdən asılı olaraq kənd təsərrüfatı məhsullarını həm daxildən həm də ölkə xaricindən idxal və ixrac əməliyyatlarını yerinə yetirir. İxrac etdiyimiz məhsullar ölkə daxilindən özümüzün əkin sahələrimizdən təklif olunur. Milli dəyərlərimizə sadiq qalaraq alıcıya ilk təklifimiz ekoloji cəhətdən təmiz olan Azərbaycan məhsullarıdır. Biz alıcılara əkin sahələrimizə gəlib baxmalarını da təklif edə bilirik. Bizim üçün alıcı məmnuniyyəti əsas olduğu üçün alıcının təklifinə uyğun məhsulları bütün dünya ölkələrindən təklif edə bilirik. Prinsipial olaraq ixrac və idxal məhsullarımızın GMO-suz olmağı bizim üçün əsas şərtdir. Düzgünlük, cəldlik, şəffaf fəaliyyət və sədaqətlilik bizim fəaliyyətimizin şərtləndirici dəyərlərindəndir.

Bizimlə Əlaqə


Haji Mammadov str. 52/15, Baku, Azerbaijan

TEL:       (+994) 70 214 30 01
                       (+994) 55 214 30 01

Email:    office@vitalfoodexport.az
                       director@vitalfoodexport.az
                       vugarhemidov@yandex.com